EN

İsrail Müdafiə Nazirliyinin yaxınlığında partlayış baş verib

İsrail Müdafiə Nazirliyinin qərargahı yaxınlığında kasetli sursat partlayıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə İsrail ordusunun "Qaley SAXAL" radiostansiyası məlumat yayıb.

Hadisə İranın raket hücumlarından biri zamanı paytaxt Təl-Əvivin mərkəzində baş verib. Sursat "Kiriya" kompleksi yaxınlığındakı parkinqə düşərək partlayıb və əraziyə ziyan dəyib. Xəsarət alan olmayıb. Hərbi obyektlərə zərər dəyməyib.

Qeyd edək ki, bu gün Təl-Əviv və İsrailin mərkəzi hissəsi bir neçə dəfə raket hücumuna məruz qalıb. Şəhərdə hava həyəcan siqnalları səslənib, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti müşahidə olunub. Hüquq-mühafizə və hərbi qurumlar raket qalıqlarının düşdüyü ərazilərə cəlb edilib.

Chosen
24
25
olke.az

10Sources