Martın 1-dən etibarən Hörmüz boğazı vasitəsilə 108 tankerin bölgəni tərk etdiyi bildirilir.
Musavat.com xəbər verir ki, peyk görüntülərinə əsaslanan məlumatlar bu dövrdə gündə orta hesabla təxminən 3 tanker hərəkət etdiyini göstərir və onların bir hissəsi İranla əlaqəli və ya birbaşa ona məxsus gəmilərdir.
Məlumata görə, ümumi 108 tankerdən 78-i sanksiya pozuntusu ilə əlaqələndirilir. Bu isə enerji daşımalarında “kölgə donanması”nın hələ də aktiv olduğunu göstərir.
Detallara görə:
20 LPG tankeri – 12-si sanksiya pozucusu kimi tanınır
1 LNG tankeri – sanksiyalara uyğun fəaliyyət göstərir
31 supertanker – 29-u sanksiya pozuntusunda şübhəli sayılır.
Musavat.com