EN

Gəncədə Psixiatriya xəstəxanasında müalicə alan şəxs öldü

Gəncədə Psixiatriya Xəstəxanasında müalicə alan 34 yaşlı kişi ölüb.

"Unikal"ın məlumatına görə, aprelin 4 saat 21:00 radələrində Göygöl rayon sakini 1992-ci il təvəllüdlü M.İsmayılovun meyti palatada aşkarlanıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, 34 yaşlı kişi ürəktutmadan dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov

Chosen
26
12
unikal.az

10Sources