EN

Mərdəkan şosesində zəncirvari qəza: avtomobil aşdı

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Milli Aviasiya Akademiyası yaxınlığında, Mərdəkan şosesində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-a daxil olan məlumata görə, qəza nəticəsində bir neçə avtomobil toqquşub, onlardan biri isə aşıb. Hadisə gecə saatlarında baş verib və əraziyə dərhal polis əməkdaşları cəlb olunub.

Aşıb qalan avtomobilin ətrafına toplaşan insanlar nəqliyyat vasitəsini əvvəlki vəziyyətinə qaytarmağa çalışıblar. Qəza səbəbindən yolun bir hissəsində sıxlıq yaranıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
50
moderator.az

10Sources