EN

Əraqçi: Nüvə obyektlərinə hücumlara reaksiya verilməməsi MAQATE-nin nüfuzunu sarsıdır

BAKI, 5 aprel. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi nüvə obyektlərinə edilən hücumlara qarşı yetərli reaksiya verilməməsinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nüfuzuna ciddi zərbə vurduğunu bildirib.

Teleqraf xəbər verir ki, Əraqçi BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda ABŞ və İsrailin, xüsusilə Buşehr Atom Elektrik Stansiyasına yönəlmiş hücumlarını qeyri-qanuni adlandırıb.

İran XİN rəhbəri Abbas Əraqçi qeyd edib ki, MAQATE-nin baş direktoru Rafael Qrossinin İranın nüvə obyektlərinə hücumlara adekvat münasibət bildirməməsi həm təşkilata, həm də onun rəhbərinə olan etimadı sarsıdır.

O, bu cür zərbələrin insan sağlamlığı və ətraf mühit üçün ciddi risklər yaratdığını, radioaktiv çirklənmə ehtimalını artırdığını vurğulayıb.

Nazirin sözlərinə görə, BMT Təhlükəsizlik Şurası, MAQATE-nin İdarəçilər Şurası və qurumun rəhbərliyi öz səlahiyyətləri çərçivəsində bu cür hücumların qarşısını almaq üçün effektiv addımlar atmayıb.

Chosen
43
4
teleqraf.com

10Sources