ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, qələbə yalnız hərbi qələbə demək deyil, insanın öz torpağında azad, dinc və firavan yaşaya bilməsidir.Bizim.Media xəbər verir ki, bu barədə o, “Vətəndaş müqaviləsi” partiyasının səkkizinci növbədənkənar konfransında çıxışı zamanı danışıb.Paşinyan qeyd edib ki, Ermənistan artıq “əzabkeş xalq” kimi yaşamaq istəmir:“Roma Papası deyir: “Siz əzabkeş xalqsınız”. Mən deyirəm: “Xeyr”. O deyir: “Amma tarix göstərir...”. Mən cavab verirəm: “Bəli, bu, əzabkeşlik tarixidir, amma bu gün biz əzabkeş xalq olmaq istəmirik. Biz yaşamaq və dövlət qurmaq istəyirik”.Baş nazir əlavə edib ki, əsas vəzifə bu əzabkeşliyi qələbəyə çevirməkdir.“Çünki qələbə yalnız hərbi qələbə deyil. Qələbə odur ki, sən öz torpağında azad, dinc və firavan yaşaya biləsən”, - deyə Paşinyan vurğulayıb.Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.