EN

ABŞ-da avtomobil bayram iştirakçılarının üzərinə sürülüb, 15 nəfər xəsarət alıb

ABŞ-da keçirilən bayram tədbiri zamanı insident baş verib.

Bu barədə "Reuters" agentliyi yerli xidmətlərə istinadən məlumat yayıb.

Məlumata görə, Luiziana ştatında Laos Yeni ili münasibətilə təşkil olunan festival yaxınlığında avtomobil insanların üzərinə sürülüb.

İnsident nəticəsində 15 nəfər xəsarət alıb, onlardan 13-ü xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb, lakin onun motivi hələlik müəyyən edilməyib.

Chosen
13
18
apa.az

10Sources