Son günlər sosial şəbəkələrdə azərbaycanlı məşhur bloqerlərin toy mərasimlərindən paylaşılan görüntülər geniş maraq doğurub.
Publika.az xəbər verir ki, cütlüklərin həyatlarının ən xoş gününü əks etdirən bu kadrlar qısa zamanda yayılaraq izləyicilərin diqqətini çəkib.
Paylaşılan fotolarda həm toy məkanlarının dəbdəbəli tərtibatı, həm də cütlüklərin xoşbəxt anları ön plana çıxıb. Xüsusilə gəlinlərin seçdiyi libaslar sosial media istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Bəziləri klassik və zərif gəlinlikləri yüksək qiymətləndirərkən, digərləri daha fərqli dizaynları diqqətəlayiq hesab edib.
İzləyicilər arasında fikir ayrılığı yaradan əsas məqam isə gəlinlərin tərzi və stil seçimləri olub. Kimisi sadəliyin daha zövqlü olduğunu vurğulayıb, kimisi isə dəbdəbəli və parlaq libasları daha uğurlu seçim kimi dəyərləndirib.