EN

İndoneziya Livanda BMT sülhməramlıları üçün təhlükəsizlik zəmanəti tələb edir

BAKI, 5 aprel. TELEQRAF

İndoneziya Livanda baş verən hücumdan sonra BMT sülhməramlıları üçün təhlükəsizlik zəmanətlərinin təmin olunmasını tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Suqiono açıqlama verib.

Nazir bildirib ki, Livanda baş verən hücum nəticəsində üç indoneziyalı hərbçi həlak olub və bu, sülhməramlıların təhlükəsizliyi məsələsini gündəmə gətirib. Onun sözlərinə görə, sülhməramlı qüvvələr sülhün qorunmasına xidmət etdiyindən onların təhlükəsizliyi mütləq təmin edilməlidir.

Suqiono vurğulayıb ki, Livandakı vəziyyət BMT personalını risk altına atmamalıdır və təşkilat bu istiqamətdə yanaşmasını yenidən nəzərdən keçirməlidir.

Nazir əlavə edib ki, bu çağırış bütün sülhməramlı missiyalara, xüsusilə də Livandakı BMT Müvəqqəti Qüvvələrinə (UNIFIL) aiddir.

Chosen
6
2
teleqraf.com

3Sources