EN

Superliqa: "Qalatasaray" "Trabzonspor"a məğlub olub

Türkiyə Superliqasında XXVIII turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Qalatasaray" səfərdə "Trabzonspor"un qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbul klubu 64 xalla turnir cədvəlinə başçılıq edir. Qara dəniz təmsilçisi isə 63 xalla ikinci pilləyə yüksəlib.

Chosen
25
8
yeniazerbaycan.com

10Sources