EN

54 il fərqlə yer kürəsi…

NASA kosmosdan Yer kürəsinin möhtəşəm görünüşünü əks etdirən yeni fotolar yayımlayıb və onu 1972-ci ildə çəkilmiş tarixi görüntü ilə müqayisə edib.

AzEdu.az xəbər verir ki, kosmik agentliyin paylaşımında “Apollo 17” missiyasının heyəti tərəfindən çəkilmiş məşhur Yer fotosu ilə 2026-cı ildə “Artemis II” astronavtlarının çəkdiyi yeni görüntü yanaşı təqdim olunub.
“Son 54 ildə çox yol qət etmişik, amma bir şey dəyişməyib: evimiz kosmosdan möhtəşəm görünür!”, - NASA-nın paylaşımında vurğulanıb.

Qeyd edək ki, “Artemis II” missiyası çərçivəsində dörd astronavt Ay ətrafında təxminən 10 günlük səyahətə göndərilib. Bu missiya NASA-nın Ay proqramında növbəti mühüm mərhələ hesab olunur və gələcək Ay enişləri üçün hazırlıq rolunu oynayır.

Chosen
18
18
azedu.az

10Sources