EN

İkinci pilotunun xilas edilməsi təsdiqləndi KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İran səmasında Amerikanın F-15E qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, o, bu barədə “Truth Social”da bildirib.

“Biz ona çatdıq! Mən sizə onun sağ və sağlam olduğunu bildirməkdən çox məmnunam”, – Tramp yazıb.

Onun sözlərinə görə, ABŞ hərbçiləri pilotu təxliyə etmək üçün ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirib. “Yaralandı, amma hər şey yaxşı olacaq”, – ABŞ Prezidenti əlavə edib.

Daha əvvəl “Axios” portalı pilotun təyyarə qəzasından bir neçə saat sonra xilas edildiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
2
konkret.az

10Sources