Bakı. Trend:
İran pilotsuz uçuş aparatı Bəhreynin "Bapco Energies" neft vəqaz şirkətinin yanacaq çənlərindən birinə zərbə endirib.
Trend-in məlumatına görə, bu barədə şirkətin açıqlamasındabildirilib.
Məlumata əsasən, zərbə nəticəsində yaranan yanğınsöndürülüb.
"[Hücum] anbarlardan birində yanğınla nəticələnib, xəsarət alanolmayıb. Yanğın tamamilə söndürülüb və vəziyyət hazırda nəzarətaltındadır. Hazırda dəymiş ziyanın qiymətləndirilməsi aparılır", -deyə qeyd edilib.