EN

"Güclü rəqiblərlə qarşılaşmaq bizim üçün də xoşdur" - Musa Qurbanlı

style='margin-bottom:10px;'>

“Bu oyunda azarkeş sayında rekord vurulması çox xoş idi. İstərdik ki, həmişə tribunalar belə dolu olsun, oyunlarımız da maraqlı və gərgin keçsin”.

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan kubokunun yarımfinal mərhələsində "Sabah"a qarşı keçirdikləri ilk oyun barədə danışarkən deyib. 

Jurnalistlərin suallarını cavablandıran forvard 2:2-lik heç-heçəni belə şərh edib: “Sabah”a qarşı yaxşı oynadıq. Düşünürəm ki, qələbə qazanmaq üçün yaxşı şansımız var idi. Sadəcə nələrsə çatışmadı. İkinci qoldan sonra oyunumuzda bir qədər eniş oldu. İnşallah, cavab matçında qələbə qazanmağa çalışacağıq”. 

O, “Qarabağ”ı qarşıda çətin qrafik gözlədiyini vurğulayıb: “Neftçi” ilə, “Sabah”la oyunlarımız var. Əslində, bu cür gərgin matçların sayı nə qədər çox olsa, həm çempionatımız, həm də kubok maraqlı keçər. Güclü rəqiblərlə qarşılaşmaq bizim üçün də xoşdur. Ona görə yaxşı məşq edib hazırlaşacağıq. Çalışacağıq ki, qələbələr qazanaq, maksimum nəticə əldə edək”. 

Qurbanlı komandasının son 4 matçda “Sabah”a qalib gələ bilməməsi barədə də sualı cavablandırıb: “Sabah” çox yaxşı komandadır. Bunu artıq sübut ediblər. Çempioluğa oynayırlar. Yaxşı məşqçiləri, yaxşı heyətləri var. Sürətləmiş, təşkilatlanmış kollektivdir. Məğub edə bilmədiyimizi deməzdim, sadəcə güclü rəqibdirlər. Düzdür, hazırda belə alınır, son oyunlarda onlara qalib gələ bilmirik. Lakin inanıram ki, qarşıdakı matçlarda qələbə qazanacağıq”.

Sonda 24 yaşlı futbolçu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Musa məşqlərdə çox çalışır, daha çox şans qazanmaq istəyir” fikrinə münasibət bildirib: “Açığı, aramızda bu barədə şəxsi danışığımız olmayıb. Vurğulayıbsa, demək ki, belə bir şey var. Mən yenə də eyni işi görürəm. Başa düşürəm ki, daha çox çalışmalıyam, daha da artırmalıyam”.

Chosen
15
2
teleqraf.com

3Sources