EN

İngiltərə Kubokunun 1/4 finalı Qvardiola üçün əlamətdar olub

İngiltərə Kubokunun 1/4 finalında "Liverpul"la oyun "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.

"Report"un məlumatına görə, "şəhərlilər" ilk dəfə ispan mütəxəssisin rəhbərliyi altında ardıcıl üç oyunda Mersisayd təmsilçisinə qalib gəlib.

Komanda daha əvvəl bu rəqibi Premyer Liqada 2:1 və 3:0 hesabı ilə üstələyib.

Xatırladaq ki, "Mançester Siti" ötən gün "Liverpul"u dörd cavabsız qolla məğlub edib.

Chosen
15
2
far.az

5Sources