EN

Puta gölünün daşmasının qarşısı alınır: Yeni suötürücü quraşdırıldı

Qaradağ rayon Sukanal İdarəsi Puta gölündə suyun səviyyəsinin tənzimlənməsi məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirir.

Publika.az xəbər verir ki, idarə tərəfindən leysan yağışlar zamanı göldə suyun səviyyəsinin kritik həddə çatmasının və ətraf ərazilərin subasmaya məruz qalmasının qarşısını almaq üçün əlavə infrastruktur işləri görülüb.

Bu çərçivədə, ərazidə diametri 1000 mm, uzunluğu 20 metr olan dəmir-beton konstruksiyalı əlavə suötürücü boru quraşdırılıb.

Chosen
15
2
publika.az

3Sources