EN

Azərbaycanın bəzi rayonlarına qar yağıb - FAKTİKİKİ HAVA

Aprelin 5-i saat 11:00 olan faktiki hava açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 5-i saat 11:00 olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlər intensiv və güclü yağıntılar qeydə alınıb. Dağlıq ərazilərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 57, Qrızda 20, Əlibəydə 11(Zaqatala), Xınalıqda 17, Kəlbəcərdə 3 sm-dir.

Bakıda və Abşeron yarımadasında 1 sutka ərzində aylıq normadan çox yağıntı olub, belə ki düşən yağıntının miqdarı 29 mm təşkil edib ki, bu da aylıq normanın 128%-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsəndə 23, Xızıda 19, Tovuz, Göygöl, Şabran, Lənkəranda 18, Sabirabad, Yardımlıda 16 m/s-dək güclənib.

"Cebheinfo.az"

Chosen
19
33
cebheinfo.az

10Sources