Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürdü
Samuxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BUTA.TVTeleqraf-a istinadla xəbər verir ki, minik avtomobili 1974-cü il təvəllüdlü Gədəbəy rayon sakini Əjdər Ələsgərovu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun hadisə yerində dünyasını dəyişdiyi məlum olub. Faktla bağlı araşdırma başlanılıb.