AZ

Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürüb

SAMUX, 5 aprel. TELEQRAF

Samuxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, minik avtomobili 1974-cü il təvəllüdlü Gədəbəy rayon sakini Əjdər Ələsgərovu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun hadisə yerində dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
47
2
teleqraf.com

3Mənbələr