EN

Badamdar yamacındakı sürüşmə ilə bağlı RƏSMİ AÇIQLAMA VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 20-ci sahə istiqamətində avtomobil yolunun keçdiyi ərazidə yamacın yuxarı hissəsində baş verə biləcək torpaq sürüşməsi təhlükəsi ilə bağlı aidiyyəti qurum tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət daxil olub.

Badamdar ərazisində sürüşmə təhlükəsi yaranıb - Yol bağlandı - FOTO - VİDEO

Avtosfer.az xəbər verir ki, bu barədə AAYDA-dan Oxu.az-a verilən məlumata görə, müraciət nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan yamacın aşağı hissəsindən keçən avtomobil yolunun müvəqqəti olaraq bağlanması barədə qərar qəbul edilib. Hazırda yolda hər-hansı problem yoxdur, yamacın yuxarı hissəsi isə aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
3
avtosfer.az

4Sources