EN

Eldar Əzizov Keşləyə getdi - FOTO

Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsində evləri su basıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov hadisə yerində olublar.

Onlar hadisə ilə yerində maraqlanıb, əraziyə baxış keçiriblər.

Eldar Əzizov qəsəbə sakinləri ilə görüşüb, onların problemlərini birbaşa dinləyib, aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib.

Hazırda kommunal xidmətin əməkdaşları su basmış evlərdən vətəndaşların təxliyəsində iştirak edir, zəruri təhlükəsizlik tədbirləri görürlər.

  • Eldar
  • Eldar
  • Eldar
  • Eldar
  • Eldar
  • Eldar
Chosen
30
28
day.az

10Sources