EN

Dağıstanda dağıdıcı daşqınlar: torpaq sürüşməsi olub, 300-dən çox insan təxliyə edilib

Dağıstanda dağıdıcı daşqınlar davam edir.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, respublikada çoxmənzilli binalar və fərdi evlərə böyük ziyan dəyib.

Ayvazovski küçəsi 6 ünvanında yerləşən çoxmənzilli binaların uçma təhlükəsi səbəbindən 300-dən çox insan təxliyə edilib.

Bir binanın artıq uçduğu, daha dörd binanın isə uçma təhlükəsi ilə üzləşdiyi bildirilib.

Təxliyə olunanlar müvəqqəti yaşayış yerlərinə yerləşdirilib.

Dərbənddə suyun səviyyəsi yaşayış binasının birinci mərtəbəsi səviyyəsinə qalxıb.

Gerqebil rayonunda sel torpaq sürüşməsinə səbəb olub, qayalar Gergebil-Krasnı Most yolunu bağlayıb.

Mahaçqalada fövqəladə vəziyyət elan edilib və ən çox zərər çəkmiş ərazilərdən olan insanlar təcili təxliyəyə hazırlaşır.

Regionda on minlərlə insan elektrik enerjisiz qalıb.

Chosen
21
7
apa.az

9Sources