Bu gün Misli Premyer Liqasında 26-cı tura start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə “Kəpəz” Yevlaxda “Qəbələ”ni sınağa çəkir. Hazırda Gəncə klubu 21 xalla 10-cu, Qəbələ təmsilçisi isə 16 xalla 11-ci pillədə qərarlaşıb.
Cari mövsüm bu komandalar arasındakı oyunlarda tərəflər hərəyə bir qələbə qazanıblar. İlk dövrədə “Kəpəz” 1:0 hesablı, ikinci dövrədə isə “Qəbələ” 3:1 hesablı qələbə qazanıb.
Günün ikinci görüşündə isə “Sumqayıt” öz meydanında “Neftçi”ni qəbul edəcək. Hazırda paytaxt klubu turnir cədvəlində 37 xalla beşinci, “gənclik şəhəri”nin təmsilçisi isə 32 xalla altıncı yeri tutur.
Komandalar arasında Sumqayıtda ilk dövrədə baş tutan matçda “Neftçi” qələbə qazanıb - 2:0. İkinci dövrədə paytaxtda keçirilən oyunda isə qalib aşkarlanmayıb - 2:2.
5 aprel (bazar)
15:30. “Kəpəz” - “Qəbələ” - 0:2
Qol: İsmael Akinade, 74, Domi Massumo, 90
Yevlax şəhər stadionu
18:00. “Sumqayıt” - “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
6 aprel (bazar ertəsi)
19:00. “Qarabağ” - “Karvan-Yevlax”
7 aprel (çərşənbə axşamı)
15:00. “İmişli” - “Turan Tovuz”
17:15. “Zirə” - “Şamaxı”
19:30. “Araz-Naxçıvan” - “Sabah”

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 15 qol
Bassalu Sambu ("Neftçi") - 10 qol
Velko Şimiç (“Sabah”) - 10 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol