EN

Nəriman Axundzadənin komandası MLS-də ilk qələbəsini qazandı

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-ın “Kolambus Kryu” klubunun heyətində MLS-də ikinci oyununa çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, 21 yaşlı hücumçu müntəzəm mövsümün VI turu çərçivəsində “Atlanta Yunayted”ə qarşı keçirilən səfər matçında forma geyinib. Gənc forvard görüşün 90-cı dəqiqəsində Andres Erreranı əvəzləyərək meydana daxil olub.

Qarşılaşma “Kolambus Kryu”nun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə Kolumbus təmsilçisi üçün cari mövsümdə ilk qalibiyyət olub.

Qeyd edək ki, Nəriman Axundzadə qış fasiləsində “Qarabağ” klubundan “Kolambus Kryu”ya transfer olunub. Azərbaycanlı hücumçu MLS klubu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Chosen
21
90deqiqe.az

1Sources