EN

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Yazını böyüt
Yazını kiçilt

Milli Hidrometeorologiya Xidməti aprelin 6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən Hafta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Chosen
33
49
hafta.az

10Sources