ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Macarıstandakı Serbiyadan Slovakiyaya qədər uzanan “Türk Axını” qaz kəmərinin hissəsi hərbi mühafizə altına alınacaq.
Redaktor.az-ın məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
“Müdafiə Şurasının iclasında Baş nazir hərbçilərə “Türk Axını” qaz kəmərinin Macarıstan hissəsini qorumağı əmr etdi. Əsgərlər Serbiya-Macarıstan sərhədindən Macarıstan-Slovakiya sərhədinə qədər bütün uzunluğu boyunca kəməri və onun nöqtələrini qoruyacaqlar”, - deyə Siyarto bildirib.
Aminə ŞAHSUVARQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.