EN

“Sumqayıt”“Neftçi”yə uduzdu

Ajans.az xəbər verir ki, günün ikinci matçı Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə “Neftçi” arasında reallaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın qollarına Freddi Varqas, İfeanyi Metyu və Vensan Abubakar imza atıblar. Meydan sahiblərində isə Nikola Ninkoviç fərqlənib. Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran “Neftçi” 5-ci, “gənclik şəhəri” təmsilçisi isə 32 xalla 7-ci sırada yer alıb. Günün ilk matçında “Qəbələ” “Kəpəz”i 2 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, turun digər matçları aprelin 6-7-də keçiriləcək.

Chosen
9
4
Ajans.az

6Sources