Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha bir oyunukeçirilib.
Trend-inməlumatına görə, günün ikinci matçı Sumqayıtda şəhərin eyniadlıtəmsilçisi ilə “Neftçi” arasında reallaşıb. Mehdi Hüseynzadə adınaSumqayıt şəhər stadionunda keçirilən görüş Bakı təmsilçisinin 3:1hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın qollarına Freddi Varqas, İfeanyi Metyu vəVensan Abubakar imza atıblar. Meydan sahiblərində isə NikolaNinkoviç fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran “Neftçi”5-ci, “gənclik şəhəri” təmsilçisi isə 32 xalla 7-ci sırada yeralıb.
Günün ilk matçında “Qəbələ” “Kəpəz”i 2 cavabsız qolla məğlubedib.
Qeyd edək ki, turun digər matçları aprelin 6-7-dəkeçiriləcək.