BAKI, 5 aprel. TELEQRAF
İran İsrail ərazisinə və regiondakı ABŞ hərbi obyektlərinə qarşı yeni hücumlar həyata keçirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Irib" agentliyi məlumat yayıb.
Məlumata görə, İranın İnqilab Keşikçiləri Korpusu növbəti dəfə müxtəlif hədəflərə zərbələr endirib. Hücumların İsraildəki obyektlərə, eləcə də regionda yerləşən ABŞ hərbi infrastrukturlarına yönəldiyi bildirilir.
Qeyd olunur ki, zərbələr Birləşmiş Ərəb Əmirliklərində amerikalı hərbçilərin toplaşdığı məntəqəyə, Cəbəl-Əli limanında İsrailə məxsus gəmiyə və Küveytdə yerləşən ABŞ hərbi bazasına endirilib.