EN

"Başa düşə bilmirəm ki, necə oynamaq istəməyə bilərsən?" - Saşa İliç

"Sumqayıt" Misli premyer-liqasının 26-cı turunda "Neftçi”yə uduzdu - 1:3.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

– Rəqibi təbrik edirəm. Bəzi səhvlərə yola verdik. Nəticədə məğlub olduq.

– Komanda 10 oyundu qələbə qazana bilmir. Bu məğlubiyyətlərdə sizin payınız nə qədərdi və istefa vermək haqda düşünürsüz?
– Mənlə bağlı qərarı rəhbərlik verir. Problem yoxdu. Futbolçulara tapşırıqları veririk. Səbuhiyə başa salırıq ki, mərkəzdə səhv etmək olmaz, amma hər oyun təkrarlanır.

– Belə çıxır, kapitanla baş məşqçi arasında problem var?
– Tək Səbuhi ilə bağlı problem yoxdu. Bu gün Səbuhidi, sabah Murata, sonra Ninkoviç ola bilər. Bir nəfərə deyilirsə, digərləri də başa düşməlidi. “Neftçi” kimi rəqiblər belə səhvləri bağışlamır.

– “Karvan-Yevlax”, “Kəpəz”, “Qəbələ”yə qarşı da yaxşı oyun görməmişik. Bunun arxasında nə dayanır?
– “Kəpəz”lə oyunu izləmisiz? Buraxdığımız qollara baxmısız?

– Futbolçular səhv edəcəksə, bəs, baş məşqçi burda nə rol oynayır?
– Çempionatda 4-5 komanda var ki, səviyyə baxımından bizi üstələyir. Səhvlər nəticəyə təsir edir. Biz maksimumuza ötən ilin noyabrında çatdıq. Çempionatın birinci yarısında heç kim sual vermirdi ki, niyə belə qələbələr qazanırsız? Futbolda belə nəticələr olur. Maksimuma çatdıq və irəliləmək üçün addımlar lazım idi. Rəhbərliklə danışdıq, bəzi transferlər baş tutmadı. İndi isə gənclər özlərini göstərməlidi ki, yeni mövsüm əsas heyətdə olsunlar və ya başqa klublara keçə bilsinlər.

– Rəhbərliyi dediz, futbolçuların səhvlərini bildirdiz. Bəs, siz baş məşqçi kimi nələri səhv edirsiz?
– Məsuliyyətim komandanı hazırlamaq, buraxılan səhvləri aradan qaldırmaqdı. Futbolda daha çox səhv edən komanda uduzur. Asan səhvlər buraxırıq. Sırf buna görə uduzuruq. Məşqlərdə çalışırıq, səhvlər üzərində işləyirik, amma növbəti oyunda yenə bu səhvlər təkrarlanır. “Qarabağ” eyni heyətlə nə qədər uzağa gedə bilər? Rotasiyalar lazımdı…

– Səbuhi Abdullazadə sanki oynamaq istəmir. Onu meydana buraxmaq nə dərəcədə düzgündü?
– Mənim üçün inanılmazdı. Çünki mən də futbolçu olmuşam. Başa düşə bilmirəm ki, necə oynamaq istəməyə bilərsən? Bu, anormal bir şeydi. Səbuhi bu klubun yetirməsidi. Onun oynamaq istəmədiyinə inanmıram.

– Azarkeşlər sizinlə bağlı problem görmür, onlar da futbolçuları günahkar sayır. Rəhbərlik yeni müqavilə təklif etsə, qərarınız necə olar?
– Nəticə qazanmaq istəyirsənsə, hamı bir olmalı, bir strategiya üçün çalışmaq lazımdı. Demirəm ki, bütün səhvlər futbolçularn üzərinə düşür, hamının səhvləri var. Futbolçuların səhvi mənim də səhvim deməkdi. Yeni müqavilə haqda danışmaq istəmirəm. İndi bunun vaxtı deyil.

Chosen
27
3
football-plus.az

4Sources