Gəncədə zəhərlənmə hadisə baş verib.
"Unikal"ın məlumatına görə, Ağcabədi rayon sakini 2007-ci il təvəllüdü L.Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Həkimlərin tibbi yardımlarına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Məlumata görə, L.Əliyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.Onun tələbə olduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov