Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki 2007-ci il təvəllüdü L. Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Həkimlərin tibbi yardımlarına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Məlumata görə L. Əliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Onun tələbə olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.