EN

Gülben Ergenə qarşı istintaq başladı: Evinə polis gəldi

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi Fatmanur Çelik və qızı Hifa İkra Şengüler haqqında etdiyi paylaşımlara görə müğənni Gülben Ergen barəsində şikayət edib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, şikayət əsasında müğənniyə qarşı istintaq başladılıb və evinə polis əməkdaşları gəlib.

Hadisəni sosial media hesabı vasitəsilə ictimaiyyətə çatdıran Gülben Ergen məsələyə bu sözlərlə münasibət bildirib:

"Ailə və Sosial Xidmətlər Nazirliyinin şikayəti əsasında evimizə polis gəldi. Fatmanur və kiçik qızı üçün ifadə verməkdən qürur duyacağam".

Xatırladaq ki, "Başıma bir iş gəlsə, intihar etdi deməyin" sözləri ilə ictimaiyyətə müraciət edən Fatmanur Çelik və qızı Hifa İkra Şengüler İstanbulun Zeytinburnu sahilində ölü tapılıb.

İddialara görə, Fatmanur Çelik uşaq yaşlarında A.Ş. tərəfindən istismara məruz qalıb və daha sonra həmin şəxslə məcburi evləndirilib. Bu nikahdan dünyaya gələn qızı Hifa İkranın da eyni şəxs tərəfindən zorakılığa məruz qaldığı iddia edilir.

Fatmanur Çelik ölümündən əvvəl Kartaldakı Anadolu Məhkəməsinin qarşısında ədalət üçün mitinq keçirib və ictimaiyyətdən dəstək istəyib. Onun əvvəllər səsləndirdiyi "Mənə bir şey olsa, intihar etdiyimi deməyin" xəbərdarlığı faciədən sonra yenidən gündəmə gəlib.

Musavat.com

Chosen
21
10
musavat.com

10Sources