EN

Aralıq dənizində miqrantları daşıyan qayıq aşıb

Bakı. Trend:

Aralıq dənizinin mərkəzi hissəsində miqrantları daşıyan qayığınaşması nəticəsində azı iki nəfər həlak olub, 70-dən çox şəxs itkindüşüb.

Trend xəbər verirki, bu barədə “Mediterranea Saving Humans” və “Sea-Watch”qeyri-hökumət təşkilatları məlumat yayıb.

“Mediterranea Saving Humans” təşkilatının bildirdiyinə görə,şənbə günü günortadan sonra Liviyadan yola düşən və göyərtəsindəqadın və uşaqlar da daxil olmaqla 105 nəfərin olduğu qayıq batıb.Nəticədə 70-dən çox şəxs itkin düşüb.

Axtarışlar zamanı iki nəfərin meyiti sudan çıxarılıb, 32 nəfərisə xilas edilib. Hadisə Liviyanın nəzarətində olanaxtarış-xilasetmə zonasında baş verib.

“Sea-Watch” təşkilatının məlumatına görə, sağ qalanlar ikiticarət gəmisi tərəfindən xilas edilərək bazar günü səhərsaatlarında İtaliyanın Lampeduza adasına çatdırılıb.

Təşkilatın “X” platformasında paylaşdığı videoda, ehtimal ki,“Sea Bird 2” müşahidə təyyarəsi tərəfindən lentə alınmış kadrlardainsanların aşmış qayığın gövdəsindən yapışaraq açıq dənizdəsürükləndiyi, daha sonra isə ticarət gəmisinin onlara yaxınlaşdığıəks olunub.

Chosen
81
az.trend.az

1Sources