Qazaxıstanın Akmola vilayətinin Korqaljın rayonunda "Şoptıkol" bəndi yarılıb.
Publika.az bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, hidrotexniki qurğu Sabındı kəndindən 2 km şimalda yerləşir. Nəticələrin aradan qaldırılmasına 170-ə yaxın mütəxəssis və 43 ədəd texnika cəlb olunub.
"Dambanın möhkəmləndirilməsi, inert materialların tökülməsi və suyun kənarlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir", - deyə məlumatda qeyd olunur.