18 yaşadək voleybolçuların Azərbaycan çempionatı başa çatıb.

Offsideplus.az xəbər verir ki, Voleybol Mərkəzində keçirilən final oyunlarından sonra qaliblər müəyyənləşib.

Qızların mübarizəsində "Milli Aviasiya Akademiyası" finalda "Lokomotiv"i (3:0) üstələyərək çempion olub. Bürünc medalı "Möminə Xatun" qazanıb.

Oğlanlarda isə "Şərqi Zəngəzur RVK" finalda "Ordu"ya (3:0) qalib gələrək qızıl medala sahib çıxıb. Üçüncü yeri "Murov Az Terminal" tutub.