EN

Kürdəxanıda qəza - Piyada öldü

Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Zabrat-Kürdəxanı yolunda T.Ələkbərovun idarə etdiyi “Ford Transit” markalı avtomobil piyadanı vurub.

Nəticədə ağır xəsarətlər alan Zülfi Heybət oğlu Kərimov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Chosen
9
2
bakivaxti.az

10Sources