Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Zabrat-Kürdəxanı yolunda T.Ələkbərovun idarə etdiyi “Ford Transit” markalı avtomobil piyadanı vurub.
Nəticədə ağır xəsarətlər alan Zülfi Heybət oğlu Kərimov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.