EN

Qayalıq ərazidən meyit aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Daşkəsən rayonunda qayalıq ərazidə aşkar edilən 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti qayalıq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Daşkəsən rayonunun Bayan kəndində 1 nəfərin meşəlik ərazidə itkin düşməsi barədə ilkin məlumat daxil olmuşdu.

Məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub və 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlunun itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilirdi.

Chosen
3
6
bakivaxti.az

8Sources