EN

Tehran bombalandı - 23 nəfər həlak oldu - YENİLƏNİB

İranda ABŞ və İsrailin hücumları nəticəsində ölənlərin sayı 23-ə çatıb.

News365.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında 6 uşaq var.

Bundan əlavə, Qum şəhərinin yaşayış məhəlləsinə edilən hücumlar nəticəsində 5 nəfər, Bəndər Lingə şəhərində isə 6 nəfər həlak olub.

***

ABŞ və İsrail qüvvələrinin Baharıstana (Tehran) hücumu nəticəsində azı 13 nəfər həlak olub.

News365.az xəbər verir ki, bu barədə "Fars" Xəbər Agentliyi şəhər qubernatoruna istinadən məlumat yayıb.

Qubernatorun sözlərinə görə, ABŞ və İsrail iki yaşayış binasına zərbə endirib.

"İndiyədək xilasetmə qrupları tərəfindən hadisə yerindən 13 şəhid çıxarılıb", - "Fars" qubernatorun sözlərindən sitat gətirib.

Qeyd olunub ki, axtarış-xilasetmə tədbirləri davam edir. Ölənlərin sayının artacağı istisna olunmur.

Chosen
25
news365.az

1Sources