
ABŞ və İran arasında 45 günlük atəşkəslə bağlı danışıqlar aparılır.
Missiya.Az Axios-a istinadən xəbər verir ki, bu təşəbbüs eskalasiyanın qarşısını almaq üçün son cəhd kimi qiymətləndirilir.
ABŞ Prezidenti Donald Tramp İran üçün verdiyi 10 günlük ultimatumu daha 20 saat uzadıb. O bildirib ki, tərəflər arasında razılaşma ehtimalı var.
İki mərhələli plan çərçivəsində əvvəlcə 45 günlük atəşkəs, daha sonra isə hərbi əməliyyatların tam dayandırılması nəzərdə tutulur.
Seyranə QuliyevaMissiya.Az