EN

İlon Maskın atası: “Epşteyn hələ də sağdır”

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Amerikalı milyarder İlon Maskın atası Errol Mask qalmaqallı maliyyəçi Cefri Epşteynin hələ də sağ olduğunu iddia edib. Bizim.Media xəbər verir ki, o, bu fikri RİA Novosti-yə müsahibəsində səsləndirib və Epşteynin ölümü ilə bağlı rəsmi versiyanın inandırıcı görünmədiyini deyib. Bu barədə Rusiya mediası məlumat yayıb.Errol Maskın sözlərinə görə, Epşteynin həbsxanadakı ölümü ilə bağlı bir sıra suallar açıq qalır. O, nəzarət kameralarının işləməməsi, mühafizəçilərin laqeydliyi və digər uyğunsuzluqları əsas gətirərək bunun şübhə doğurduğunu bildirib. Onun bu açıqlamaları sosial şəbəkələrdə və mediada geniş rezonans doğurub.Bununla belə, ABŞ-da rəsmi mövqe dəyişməyib. Ədliyyə Nazirliyinin Baş Müfəttiş İdarəsinin 2023-cü il hesabatında qeyd olunur ki, Cefri Epşteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkdakı həbsxanada asılmış vəziyyətdə tapılıb və Nyu-York şəhərinin tibbi ekspertizası onun ölümünü intihar kimi qiymətləndirib.Yəni Errol Maskın dedikləri şəxsi mülahizə və sui-qəsd versiyasıdır; hazırda Epşteynin sağ qalmasına dair rəsmi və ya etibarlı sübut yoxdur.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
bizim.media

2Sources