“İranın zənginləşdirilmiş uran ehtiyatı o qədər böyükdür ki, hətta onun bir hissəsi başqa yerə köçürülsə belə, yenə də bir neçə nüvə döyüş başlığı hazırlamaq üçün kifayət edə bilər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi “Frontline PBS” proqramına müsahibəsində deyib.
AEBA rəhbərinin sözlərinə görə, İranın zənginləşdirilmiş uran ehtiyatının böyük hissəsi İsfahan şəhərində saxlanılır. O əlavə edib ki, bu ehtiyatın bir hissəsi isə Natənz nüvə obyektində yerləşir.
Qrossi uranın zənginləşdirmə səviyyəsinə toxunaraq bildirib ki, İranın ehtiyatının “70 faizdən çox olması mümkündür, ancaq bəlkə də bir qədər azdır”.
O, vurğulayıb ki, İranın çox böyük miqdarda zənginləşdirilmiş uran ehtiyatı var və bu ehtiyat “hərbi dərəcəyə çox yaxın” səviyyədə dəyərləndirilir.
Bizim.Media