EN

Belə paltaryuyanlar işıq sayğacını uçurdur

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni paltaryuyan maşın alarkən çoxumuz həm suya, həm də elektrik enerjisinə qənaət edən modellərə üstünlük veririk. Araşdırmalar göstərir ki, evdə işlədilən enerjinin təxminən 14%-i məhz yuyucu və quruducu cihazların payına düşür. Bəs görəsən, qənaət baxımından hansı növ daha sərfəlidir?Ustaların fikrincə qabaqdan yükləməli (front-load) maşınlar, yuxarıdan yükləməli (top-load) modellərlə müqayisədə xeyli qənaətcildir. Bunun əsas səbəbi iş prinsipindədir. Qabaqdan yükləməli maşınlarda paltarlar suyun içində fırlanaraq yuyulur və buna görə də az miqdarda su kifayət edir. Yuxarıdan yükləməli maşınlar isə adətən barabanı tam doldurur ki, bu da su sərfinin iki dəfə, bəzən isə daha çox artmasına səbəb olur.Enerji sərfindəki fərq də az deyil. Suyun qızdırılması yuma prosesində sərf olunan enerjinin 90%-ni təşkil edir. Daha az su işlədən maşın onu qızdırmaq üçün də az enerji tələb edir. Statistikaya görə, qabaqdan yükləməli maşın bir dövrədə təxminən 38 litr su işlətdiyi halda, digər növ modellərdə bu rəqəm 76 litrə qədər qalxa bilir.Buna baxmayaraq, hər şey yuma rejmindən asılıdır. Məsələn, soyuq su ilə yuma zamanı yuxarıdan yükləməli maşınlar dövrəni daha tez başa vurduğu üçün bəzən daha az enerji sərf edə bilər. Lakin ümumi nəticə göstərir ki, uzunmüddətli qənaət və effektivlik baxımından qabaqdan açılan modellər bir addım öndədir.Aytən

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
demokrat.az

1Sources