ain.az, Ayna portalına istinadən məlumat yayır.
Məhəmməd Əl-Baradei Donald Trampı dayandırmağa çağırış edib
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) keçmiş rəhbəri, Nobel Sülh Mükafatı laureatı Məhəmməd Əl-Baradei Fars Körfəzi ölkələrinin hakimiyyətlərini və beynəlxalq ictimaiyyəti "Yaxın Şərqi od topuna çevirməyə" çalışan Amerika lideri Donald Trampı dayandırmağa çağırıb. AYNA.AZ xəbər verir ki, Əl-Baradei müraciətini “X” sosial şəbəkə hesabında yerləşdirib.
MAQATE-nin keçmiş rəhbəri Trampın sosial mediadakı paylaşımının ekran görüntüsünü yayımlayıb. Həmin paylaşımda ABŞ Prezidenti ABŞ ilə razılaşmayacağı təqdirdə İranı 48 saat ərzində "cəhənnəmə çevirəcəyini" deyib.
Əl-Baradei yazıb: "Fars Körfəzi ölkələrinin hökumətləri, xahiş edirəm, bu dəli regionu od topuna çevirməzdən əvvəl bir daha əlinizdən gələni edin".
Yarım saat sonra o başqa bir paylaşım edib. Bu dəfə BMT-nin Baş katibi Antonio Quterreşə, Avropa Şurasına, Fransa Prezidenti Emmanuel Makrona, Çin və Rusiya Xarici İşlər Nazirliklərinə müraciət edib: "Bu dəliliyin qarşısını almaq üçün heç nə etmək olmazmı?!".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.