Bakıda bir neçə gündür davam edən yağmurlu hava şəraiti şəhərin bəzi hissələrində çətinliklər yaradıb.
Pulbika.az xəbər verir ki, bəzi küçələr yağış suları ilə dolub. Onlar arasında 8 noyabr prospetki də var.
Sosial şəbəkələrdə həmin prospektdə yerləşən AFFA-nın inzibati binasını da su basdığına dair görüntülər yayılıb. Suyun hündürlüyü kifayət qədərdir.
Prospektdə avtomobillərin hərəkətində çətinlik yaranıb. Ətrafında yerləşən səkilərdən istifadə edilməsi isə qeyri-mümkündür.