EN

İsrail gün ərzində yaralananların sayını açıqlayıb

Bakı. Trend:

İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzindəölkədə İran və Hizbullahın hücumları ilə əlaqədar 163 nəfərxəstəxanalara çatdırılıb.

Trend bu barədə“Times of Israel”ə istinadən xəbər verir.

Yaralananlardan biri 82 yaşlı sakindir. İranın atdığı ballistikraket hücumu nəticəsində ağır yaralanıb. Cərrahiyə əməliyyatındansonra onun süni tənəffüs aparatına qoşulduğu bildirilir.

Eyni zamanda onun 78 yaşlı həyat yoldaşı xəstəxanayayerləşdirilsə də, vəziyyətinin kafi olduğu qeyd olunur.

Bundan başqa, Petah Tikva şəhərinə ballistik hücum nəticəsindəyaralanmış bir sakinin vəziyyətinin orta-ağır olduğubildirilir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Chosen
10
az.trend.az

1Sources