Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Neftçala rayon sakini İsmayıl Hüseynov “BMW” markalı avtomobillə Ələt–Astara avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün davranışları şübhə doğurduğundan o, tibbi müayinəyə cəlb olunub. Müayinə nəticəsində həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.
"Unikal" xəbər verir ki, faktla bağlı İ.Hüseynov barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət tədbirləri görülüb.
BDYPİ bir daha narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə etməklə günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd hərəkətlərə son qoymağı tələb edir və xəbərdarlıq edir ki, bu kimi hallara qarşı ən sərt, qətiyyətli və barışmaz tədbirlər bundan sonra da davam etdiriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.