EN

Ermənistan hakimiyyətində dəyişiklik Spiker kim olacaq?

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" Partiyasının proporsional seçki siyahısı açıqlanıb. 

“Cebheinfo.az”-ın məlumatına görə, seçki siyahısı partiyanın qurultayı tərəfindən təsdiqlənib. 

Qeyd edək ki, "Vətəndaş Müqaviləsi" Partiyasının səkkizinci növbədənkənar qurultayı zamanı Nikol Paşinyanın yenidən baş nazir vəzifəsinə namizədliyi   yekdilliklə təsdiq edilib.

Bundan başqa, qurultay üzvləri səs çoxluğu ilə partiyanın seçki siyahısına qəbul ediblər. 

Proporsional siyahıya hazırkı Baş nazir Nikol Paşinyan rəhbərlik edəcək. İkinci yerdə xarici işlər naziri Ararat Mirzoyan, üçüncü yerdə isə səhiyyə naziri Anahit Avanesyan yer alıb. 

Seçkilərdə hakim partiya yenidən qalib gələrsə, parlamentin sədri vəzifəsinə növbəti dəfə Ararat Mirzoyanın və ya Anahit Avanesyanın namizədliyi irəli sürülə bilər.

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
1
cebheinfo.az

2Sources