EN

Türkiyənin üzən elektrostansiyası Kubada enerji böhranı ilə mübarizəyə kömək edəcək  

“Belgin Sultan” adlı xüsusi türk gəmisi paytaxt Havananın ehtiyaclarını ödəmək üçün Kuba hökuməti tərəfindən icarəyə götürülmüş dörd üzən elektrik stansiyasından biri olub.

AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, “Karpowership”ə məxsus gəmi artıq ABŞ-nin təzyiqi səbəbindən enerji böhranı ilə üzləşən ada dövlətinin sahillərində lövbər salıb.

“Belgin Sultan” 76 MVt-a qədər elektrik enerjisi istehsal edə bilir.

Türkiyə “Karpowership” xidmətlərini dünyanın bir çox ölkəsində, o cümlədən Kot-d'İvuar, Qana, Mozambik, Seneqal, İraq, Braziliya və Dominikan Respublikasında təqdim edir.

Şirkətin üzən elektrik stansiyaları mayeləşdirilmiş təbii qaz, təbii qaz və maye yanacaqla işləyə bilər.

Chosen
20
2
azerbaijan-news.az

3Sources